AZ

Putin xüsusi hərbi əməliyyat zonasındakı hərbçilərin sayını açıqlayıb

Xüsusi hərbi əməliyyat zonasında təxminən 700 min Rusiya hərbçisi var.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

…"Qəhrəmanların Zamanı" proqramına 80 nəfər daxildir, Xüsusi hərbi əməliyyat zonasında isə demək olar ki, 700 min nəfər var.

2023-cü ilin dekabrında Putin xüsusi hərbi əməliyyat zonasındapodratçılar və çağırışçılar da daxil olmaqla617 min hərbçinin olduğunu bildirmişdi.

Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti 2022-ci il fevralın 24-də xüsusi hərbi əməliyyat Dairəsinin fəaliyyətə başladığını elan edib.

O qeyd edib ki, Rusiya Federasiyasının planlarına ölkənin işğalı daxil deyil, lakin Moskva onun demilitarizasiyasına və denazifikasiyasına çalışacaq.

Əli Babayev

Seçilən
128
sia.az

1Mənbələr