AZ

Salyanda yol qəzası olub, yaralılar var

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qəza saat 17 radələrində Ələt-Astara yolunun rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər - İbrahimov Həbib və Zülfüqarov Rövşən Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
187
50
sia.az

10Mənbələr