AZ

Balakəndə dəhşət yaşandı: İldırım evə düşdü, divarı dağıdaraq çıxdı - FOTO

Balakən rayonunda fərdi evi ildırım vurub.Qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb.Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır. /  Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
11
millishow.az

10Mənbələr