AZ

Yaponiya Özbəkistan və daha dörd ölkənin şirkətlərinə qarşı - Sanksiyalar

Yaponiya hakimiyyəti Çin, BƏƏ, Özbəkistan, Qazaxıstan və Hindistandan olan bir sıra şirkətlərə anti-Rusiya sanksiyalarından yayındıqları üçün məhdudiyyətlər tətbiq etmək niyyətindədir. 

Valyuta.az xəbər verir ki, bu barədə ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.

"Bu sanksiyalar konkret ölkələrə yönəlməyib, biz onları sanksiyalardan yayınmada iştirak edən ayrı-ayrı şirkətlərə qarşı tədbirlər kimi görürük", - Hayaşi Tokioda mətbuat konfransında çıxışı zamanı izah edib.

Hayaşinin sözlərinə görə, Yaponiya hökuməti hazırda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını əlaqələndirir və tezliklə detalları dərc edəcək.

İyunun 13-də Yaponiyanın baş naziri Fumio Kişida və Ukrayna lideri Vladimir Zelenski “Yeddilik” (G7) sammiti çərçivəsində təhlükəsizlik sazişi imzalayıblar. Zelenski bildirib ki, 2024-cü ildə Yaponiya tərəfi Ukraynaya 4,5 milyard dollar verəcək.

Sənəd həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiqini, Kiyev və Tokio arasında texniki və maliyyə əməkdaşlığını, habelə Ukraynaya humanitar yardım və müdafiə sənayesində dəstək verilməsini nəzərdə tutur.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
valyuta.az

1Mənbələr