AZ

Bakıda “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri” mövzusunda tədbir keçirilib - FOTO

İyunun 14-də “İnsan hüquqları aylığı” çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşkil etdiyi “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri” mövzusunda tədbir keçirilib.


Ekologiya.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və bir sıra QHT nümayəndələri iştirak ediblər.


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova tədbir iştirakçılarını Mərkəzin fəaliyyəti, həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılan şəraitlə tanış edib.

Əvvəlcə Mərkəzdə istifadəyə yararlı olmayan eko və bio materiallardan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib.


Sonra təlimçilər Jalə İsmayılova və Şəms Kuhi mərkəzdə təhsil alan uşaqlara “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri” adlı təlim keçiblər. Uşaqlara iqlim dəyişmələri ilə bağlı maarifləndirici təlim təqdim edilib, onlarla interaktiv dialoq baş tutub.


Daha sonra Mərkəzin audio səsyazma, floristika, bədii oyma, xalçaçılıq, musiqi, dulusçuluq, təsviri incəsənət, rəqs-idman studiyaları ilə tanışlıq olub.


Floristika, bağçılıq və landşaft dizaynı studiyasında master-klas da təşkil edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
ekologiya.az

2Mənbələr