AZ

G7 ölkələri Rusiya neftinin qiymət tavanına nəzarəti gücləndirmək istəyir

Böyük Yeddiliyə (G7) daxil olan dövlətlər Rusiyanın enerji layihələrinin həyata keçirilməsinə müdaxilə etməyə hazırlaşır. 

Valyuta.az xəbər verir ki, Bloomberg bu barədə İtaliyada keçirilən G7 sammitinin yekunlarına dair bəyanat layihəsinə istinadən  yazır.

Sənəddə deyilir: “Biz Rusiyanın enerji və digər əmtəələrdən əldə etdiyi gəlirlərə əhəmiyyətli təzyiq göstərməyə davam edəcəyik”.

Ölkələrin həyata keçirməyi planlaşdırdıqları tədbirlər arasında Rusiya neftinin qiymət tavanına nəzarətin gücləndirilməsi, o cümlədən Rusiyanın sanksiyalardan yayınmaq üçün “kölgə gəmiçiliyi”ndən istifadə etməsi ilə mübarizə daxildir. Bundan əlavə, G7 Rusiyanın enerji layihələrinin həyata keçirilməsinin asılı olduğu mal və xidmətlərə çıxışını məhdudlaşdırmaq və Rusiyanın metal ticarətindən əldə etdiyi gəlirin azalmasına töhfə vermək istəyir.

İyunun 13-də G7 ölkələri bloklanmış Rusiya maliyyə aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı siyasi saziş bağlaya bilib. Söhbət 50 milyard dollar məbləğində kreditin verilməsindən gedir ki, bu, Rusiya Federasiyasının aktivləri hesabına ödəniləcək.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
valyuta.az

1Mənbələr