AZ

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutulub

Bakı. TurkicWorld:

İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

TurkicWorld Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Seçilən
110
24
turkic.world

10Mənbələr