AZ

"Neftçi"nin forvardı Bolqarıstan mediasının gündəmində

Bolqarıstan mətbuatı ÇSKA (Sofiya) klubunun sabiq futbolçularının 2023/2024 mövsümündəki çıxışından danışarkən “Neftçi”nin kolumbiyalı hücumçusu Brayan Morenoya da toxunublar.

Sportinfo.az xəbər verir ki, “Topsport.bg” portalı Bakı klubunun forvardı ilə bağlı bunları deyib:

“Ötən mövsümdə ÇSKA-nın “qızıl ehtiyat”ına çevrilən və ehtiyat oyunçular skamyasından oyunlara 9 qol vuran Moreno yanvarın sonunda Əhməd Əhmədovun keçmiş komandası “Neftçi” ilə müqavilə imzalamışdı.

Debüt matçında “Qəbələ” ilə qələbə qazanan oyunun (3:1) son dəqiqələrində qol vurub. Kolumbiyalı ümumilikdə 15 liqa matçında iştirak edib, əksəriyyəti start heyətdə olmaqla, 4 qol vurub.

O, ölkə kubokunda üç oyun keçirib, lakin komandası iki dəfə “Qarabağ”a (0:4, 1:4) uduzaraq finala çıxa bilməyib. “Neftçi” çempionatda beşinci pillədə qərarlaşıb və gələn mövsüm ÇSKA kimi avrokuboklarda iştirak etməyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
sportinfo.az

1Mənbələr