AZ

Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir - G7-dən BƏYANAT

Rusiya Ukraynaya dəymiş zərərə görə 486 milyard dollar təzminat ödəməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə G7 ölkələrinin bəyanatında qeyd edilib.

Məlumata görə, məbləğ Dünya Bankı, Avropa Komissiyası və BMT-nin müharibənin təsiri ilə bağlı fevral ayında apardığı qiymətləndirməyə əsaslanır.

Belə ki, münaqişənin başlanğıcından etibarən Ukraynaya birbaşa ziyan 152 milyard dollara çatıb. Belə ki, ölkədə mənzil, nəqliyyat, ticarət, sənaye, enerji və kənd təsərrüfatı sahəsi ziyan görüb. 

Ölkə üzrə mənzil fondunun 10%-i zədələnmiş və ya dağılıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
bizim.media

1Mənbələr