AZ

Müharibənin üçüncü ili: Ukraynalılar Polşada necə yaşayır? – Gremi Personal

Polşada ukraynalıların 60%-i son 12 ayda Ukraynada qazandıqları puldan istifadə etməyib.

Valyuta.az xəbər verir ki, bunu Ukrayna Milli Bankının sifarişi ilə “Gremi Personal” beynəlxalq məşğulluq agentliyinin analitik mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Polşadakı ukraynalıların 27%-i hələ də öz əmanətlərindən, 10%-i ailə pullarından istifadə edir, 3%-i Ukraynada uzaqdan işləyir. Son 12 ay ərzində Ukraynada qazanılan puldan istifadə edənlərin 53%-i aylıq xərclərin məbləğinin dəyişdiyini, 47%-i isə xərclərini dəyişmədiyini bildirib.

Xərclərin məbləğini dəyişdirənlərin 20%-i bunun Polşada iş tapılması ilə bağlı olduğunu, 15%-i Ukraynada qazandıqları pulun bitdiyini, 4%-i Ukraynada uzaqdan işini itirdiyini, 4%-i isə bildirib ki, qohumları onlara dəstəyi dayandırıblar. Qalanları (57%) səbəb göstərməyib.

Sorğu 2024-cü ilin mart-may aylarında Gremi Personal vasitəsilə Polşada işləmək üçün müraciət etmiş 1315 ukraynalı arasında aparılıb.

“Polşada iş üçün müraciət edərkən statusunuz necə idi” sualına 38% cavab verib ki, onlar artıq Polşada işləyirlər, 18% müvəqqəti işsizdir, lakin iş axtarır, 9% tələbə və ya şagirddir, 3% distant işləyir, 2% ev təsərrüfatı ilə məşğuldur, 26% fərqli statusa malikdir.

Agentlik qeyd edir ki, Ukraynada qazandıqları puldan artıq istifadə etməyən ukraynalıların 60%-i Polşada həyata uyğunlaşıb və qaçqınların müdafiəsi proqramının davam etdirilməsini nəzərə alaraq, hələlik geri qayıtmağı planlaşdırmır.

Daha əvvəl xəbər verilmişdi ki, agentliyin mart ayında keçirdiyi sorğuya əsasən, Polşadakı ukraynalıların 43%-i Ukraynaya qayıdıb-qayıtmamaq barədə qərar verməkdə çətinlik çəkdiklərini, 19%-nin Polşada qalmağı planlaşdırdıqlarını, 15%-nin isə növbəti beş ildə geri qayıtmayacağını bildirib, 13% altı ay ərzində, 10% isə il ərzində qayıdacağını deyib.

Daha əvvəl bildirilmişdi ki, tammiqyaslı işğaldan sonra Polşaya gələn ukraynalıların təxminən 60-70%-i aşağı ixtisaslı peşələri seçir.

2023-cü ilin avqust ayına olan məlumata görə, Polşada 740 min ukraynalı rəsmi olaraq işlə təmin olunub.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
valyuta.az

1Mənbələr