AZ

Pentaqonun rəhbəri: Putinin Ukraynaya sülh şərtləri qoymağa “ixtiyarı yoxdur”

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya sülh şərtləri qoymağa haqqı yoxdur.

 

Oxu24.com xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

 

"Düşünürəm ki, bilirsiniz, mənim nöqteyi-nəzərimdən onun Ukraynaya sülhə nail olmaq üçün nə etməli olduğunu diktə etməyə haqqı yoxdur",-deyə o bildirib.

 

İyunun 14-də Putin Kiyevlə sülh danışıqlarının şərtlərini açıqlayıb. Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqanskdan  Zaporojye və Xerson vilayətləri ərazisindən çıxarılması şərti ilə danışıqlara başlamağa hazırdır.

 

Ukrayna da NATO-ya üzv olmaq planlarından əl çəkməlidir. Məhz bu hərəkətlər atəşkəsə və danışıqların başlanmasına gətirib çıxaracaq, Putin bildirib.

 

Putin daha sonra bildirib ki, Ukrayna və Qərb Rusiyanın sülh təklifini rədd edərsə, sülh danışıqlarının yeni şərtləri fərqli olacaq.

 

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
oxu24.com

1Mənbələr