AZ

Stoltenberq başqa hansı ölkələrin Kiyevə "Patriot" verə biləcəyini söyləməkdən imtina edib

NATO-nun baş katibi Yens Stoltenberq hansı ölkələrin Ukraynaya əlavə Patriot hava hücumundan müdafiə sistemləri verməyə hazır olması sualına cavab verməkdən imtina edib. Bizimyol.info xəbər verir ki, o, NATO müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirib. "Mən əminəm ki, NATO ölkələri "Patriot" və "SAMP/T" hava hücumundan müdafiə sistemlərinin tədarükündə iştirak edəcək, lakin indi konkret ölkələrin adını çəkmirəm, biz bu məsələ ilə bağlı bir sıra dövlətlərlə sıx əlaqə saxlayırıq", - deyə baş katib mətbuat konfransında bildirib. Hollandiyanın Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün koalisiya yaratmaq səylərini şərh edən Stoltenberq: "Sizin də ildiyiniz kimi, "Patriot" kompleksi bir çox elementdən ibarətdir: komanda maşınları, zərbə sistemləri, radarlar, həmçinin akkumulyatoru təşkil edən digər elementlər. Buna görə də, Hollandiya indi "Patriot" kompleksini təşkil edəcək fərdi elementləri təmin edə biləcək ölkələr tapmağa çalışır. Təbii ki, biz NATO olaraq Ukraynaya daha təkmil hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına imkan verəcək bu səyləri dəstəkləyirik”, - deyə o qeyd edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
bizimyol.info

1Mənbələr