AZ

"Obama ilə Ukrayna barədə plan hazırladıq..." - Putin o zəngdən DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə ABŞ-nin 44-cü prezidenti Barak Obamanın 2014-cü ildəki zəngi barədə danışıb. 


Sfera.az Rusiya mediasına xəbər verir ki, danışıqlar fevralın 21-də amerikalıların təşəbbüsü ilə baş tutub.

 

Putin qeyd edib ki, həmin vaxt Obama ilə plan hazırlayıblar. Plana əsasən, Moskva Yanukoviçi maksimum təmkin nümayiş etdirməyə və güc tətbiq etməməyə inandırıb, Vaşinqton isə müxalifəti iğtişaşları dayandırmağa çağırıb.

 

Həmin gün Ukrayna Prezidenti Viktor Yanukoviçlə müxalifət arasında siyasi böhranın həllini nəzərdə tutan saziş imzalanıb.

 

Rusiya prezidenti bildirib ki, Obama daha sonra bu sazişi dəstəklədiyini bildirib və sənədi "sıçrayış", "Ukraynadakı zorakılığı dayandırmaq şansı" adlandırıb.


Putin vurğulayıb ki, indiki Kiyev rejimi bu sənədi xatırlamır.

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
sfera.az

1Mənbələr