AZ

“Barselona”dan getmək istəmir - İllik 16 milyon avro qazanır

“Barselona”nın müdafiəçisi Kleman Lanqle hazırkı müqaviləsinə əsasən ildə 16 milyon avro qazandığı üçün komandanı daimi olaraq tərk etməyə tələsmir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

Lanqle son iki mövsümdə İngiltərə Premyer Liqası klublarından əvvəlcə “Tottenhem”də, sonra isə “Aston Villa”da icarə əsasında çıxış edib. Bu klubların heç biri onu daimi olaraq almaq istəməyib.

Fransalı müdafiəçi daha əvvəl Səudiyyə Ərəbistanından bir klubdan təklif alsa da, başqa qitəyə köçmək istəmir. Belə ki, 28 yaşlı futbolçu Avropada qalmağa üstünlük verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sportinfo.az

1Mənbələr