AZ

Putin G7 ölkələrini TƏHDİD ETDİ: "Böyük nüvə silahı arsenalımız var..."

Putin Vaşinqtonun rus aktivləri hesabına Ukraynaya 50 milyard dollar kredit ayırması qərarına reaksiya verib. 

 

Sfera.az AFP-yə istinadən bildirir ki, Rusiya prezidenti bunu “oğurluq” kimi qiymətləndirib və bu addımın cəzasız qalmayacağını deyib.

 

Bəyanatında oxşar addımların Qərbdə də həyata keçirilə biləcəyinə işarə edən Rusiya lideri Moskva ilə Qərb arasında münaqişənin “dönməz nöqtəyə” yaxınlaşdığına dair xəbərdarlıq edib. O, ölkəsinin böyük nüvə silahı arsenalına malik olduğunu xatırladıb. Putin həmçinin bəyan edib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyedən qoşunlarını çıxarsa və NATO-ya qoşulmaq istəyindən əl çəksə, danışıqlara “dərhal” başlaya bilərlər. Putin qeyd edib ki, bununla Rusiya məsələni dondurmağı yox, müvəqqəti atəşkəs yaratmağı və hərbi əməliyyatları dayandırmağı təklif edir.

 

Qeyd edək ki, G7 liderləri Rusiyanın dondurulmuş, əksəriyyəti Avropa banklarında olan aktivlərindən əldə edilən faiz gəlirlərindən girov kimi istifadə etməklə Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

 

Günay 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
sfera.az

1Mənbələr