AZ

Xocalıda “Çalınmayan zəng” adlı məzun günü qeyd edildi

Xocalı şəhərində "Çalınmayan zəng" adlı məzun günü qeyd edilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Zöhrab İsayev, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev və digər rəsmi şəxslər iştirak edib.

"Xo1992-ci ildə məzun ola bilməyən Xocalı şəhər sakinləri Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxuyub, məzarlarına gül dəstələri qoyublar. Həmçinin şəhidlərin xatirəsinə ehtiram olaraq Xocalı çayına qərənfil gülü atılıb.

Tədbirdə iştirak edən 1992-ci ildə məzun ola bilməyən Ayna Novruzova qeyd edib ki, bu gün onlar üçün sevindirici gündür:

"Bu gün sevincli olduğumuz qədər həm də qüssəliyik. Hər bir kəsin arzusudur ki, 11 il oxusun və sonda məktəbi başa vursun. Amma bu reallaşa bilmədi. Xocalı soyqırımı zamanı 1 saylı məktəbdən bizim 4 sinif yoldaşımız şəhid oldu, itkin düşdü. Amma bu gün biz buradayıq. Çalınmayan "Son zəngim"izi öz sinif yoldaşlarımızla qeyd edərək o günlərimizi xatırladıq".


Müəllif: Teleqraf.com
Seçilən
143
teleqraf.com

1Mənbələr