AZ

Məhkəmə Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin Volovinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Əkbər Bəşirli Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evdən içərisində 1000 ABŞ dolları olan seyfi oğurlamaqda təqsirləndirilir. Ona qarşı cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
e-huquq.az

1Mənbələr