AZ

Rusiyanın Ukraynaya təcüvüzü planetin iqliminə dəhşətli zərər vurub - Məbləğ açıqlandı

Rusiyanın Ukraynaya iki genişmiqyaslı müdaxiləsi planetin iqliminə 32 milyard dollar ziyan vurub.

“AzPolitika” xəbər verir ki, bu, “War Greenhouse Gas Accounting Initiative” tədqiqat şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrində qeyd olunur.

Müharibə zamanı zərərli tullantıların emissiyası metan və ən güclü istixana qazı olan kükürd flüorid də daxil olmaqla 175 milyon ton karbon qazı ekvivalenti (CO2e) təşkil edib. Bu, Hollandiyanın bir il ərzində emissiyalarından artıqdır. Eyni zamanda 90 milyon yeni benzinlə işləyən maşınının istehsalı və ya kömürlə işləyən 260 elektrik stansiyasının tikintisi zamanı baş verən zərərli tullantıların emissiyasından çoxdur.

Emissiyaların üçdə biri Rusiyanın təcavüzü ilə birbaşa bağlıdır: sursatların istifadəsi və istehsalı, cəbhə xəttində müdafiə strukturlarının tikintisi və hərbi texnika ilə yanacağın yandırılması nəticəsində Rusiya tərəfindən 35,2 milyon ton, Ukrayna tərəfindən 9,4 milyon ton CO2e emissiyasına səbəb oldu.

Emissiyaların daha üçdə biri Ukraynada dağıdılmış evlərin, körpülərin, fabriklərin və digər strukturların potensial bərpası nəticəsində yaranır ki, bu da böyük miqdarda polad və beton tələb edir. Eyni zamanda, “The Guardian” qeyd edir ki, bu kateqoriya üzrə yekun emissiyalar tikintidə “yaşıl” material və texnologiyalardan istifadə edilib-edilməməsindən asılı olacaq.

Emissiyaların son üçdə bir hissəsi yanğınlar, enerji infrastrukturuna hücumlar, hava yollarının uzanması və ukraynalıların və rusların məcburi miqrasiyasına səbəb olur. Tədqiqatda qeyd edilir ki, təkcə “Şimal axını 2”-nin partlaması nəticəsində təbiətə 14,6 milyon ton CO2e buraxılmasına səbəb olub. Cəbhə xəttinin hər iki tərəfində baş verən yanğınlar 1,2 milyon hektardan çox meşəyə, əkin sahələrinə və tikililərə ziyan vurub, nəticədə havaya təxminən 20 milyon ton CO2e buraxılıb.

BMT Baş Assambleyası 2022-ci ilin noyabrında Rusiyadan təzminatların alınmasını tələb edib. 2024-cü ilin aprelində Rusiyanın Ukraynaya təcavüzü nəticəsində ətraf mühitə dəyən ziyana dair bəndin yer aldığı Zərər Reyestri açılıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
azpolitika.info

1Mənbələr