AZ

2 mindən çox insan didərgin düşdü

Nigeriya Milli Fövqəladə Hallar İdarəsi Agentliyindən (NEMA) verilən açıqlamada, Laqosun Eti-Osa bölgəsində daşqınlar nəticəsində onlarla evin su altında qaldığı bildirilib.

News24.az xəbər verir ki,  2 mindən çox insanın məcburi köçkün olduğu, bazar yeri, məktəblər, xəstəxanalar, dini mərkəzlər və polis idarələrinin də su altında qaldığı bildirilib.

Qeyd edək ki, Tropik iqlim qurşağında yerləşən ölkədə orta illik yağıntının miqdarı regionlara görə dəyişir.

Nigeriya hökuməti 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insanın öldüyünü açıqlayıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
news24.az

1Mənbələr