“TikTok” sosial platformasında “Roshka Rosh” ləqəbi ilə tanınan fenomenin maşını yararsız hala salınıb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə iyunun 13-də gecə saatlarında baş verib. Belə ki, “TikTok”erin yaşayış kompleksində park etdiyi “Changan Uni-V” markalı avtomobili boya ilə rənglənib. Hadisənin azyaşlılar tərəfindən törədildiyi iddia olunur.
Qeyd edək ki, zərərçəkmiş sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdiyi üçün bir müddət əvvəl həbs olunmuşdu.
Nərmin