AZ

Bağ istirahətinə mane olan səbəblər - FOTO (R)

Bağ mövsümü başlayıb. İnsanlar istirahətə üz tuturlar. Bəs istirahətiniz necə keçir?

İstirahətin səmərəli keçməsi üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Bu təkcə bağ evinin təmizlənməsi ilə bitmir. Bağdakı ağaclara qulluq, həyətdəki hovuzun təmizlənməsi, istirahətə mane olan zərərvericilərlə mübarizə də buna daxildir.

Masanın üzərində qarışqa, milçək, tarakan gəzəcəksə, ağcaqanad yatmağa və həyətdə oturmağa imkan verməyəcəksə, ilanların qorxusundan bayıra çıxmayacaqsınızsa, hətta uşaqlar bağa köçməkdən imtina edəcəklərsə, ağacdan bir meyvə dərib yeyə bilməyəcəksinizsə, hovuzda çimib sərinləmək əvəzinə xəstəlik tapacaqsınızsa, bunun nəyi istirahət olur? Bütün bu problemləri dəf etmək üçün aşağıdakı tədbirlər vacibdir.

Həşəratlara qarşı dərmanlama

Evin daxilində həşəratlara qarşı dərmanlama aparılır. Sual oluna bilər ki, bəs açıq havada milçəkləri, ağcaqanadları qovmaq olar? Bəli, bu mümkündür. Bağlarda cürbəcür həşəratlara qarşı meyvə ağacları, dekorativ ağaclar, gül kolları, dibçəklər, eləcə də bağın divarları, yer səthi və s. dərmanlanır. Milçəklər, ağcaqanad, tarakan, qarışqa, bit, birə və digər  həşəratlar məhv edilir.

Hovuzun təmizlənib dezinfeksiya edilməsi

Hovuz yay istirahətinin olmazsa olmazıdır. Həm də bağın estetik yaraşığıdır. İl boyu hovuz küləyin gətirdiyi toz, yarpaq və digər zibillə dolur. Bundan əlavə suyun özünün ərpi, lili yaranır. Çirklənmə səbəbindən suda bakteriyalar yaranır ki, bu da insanları xəstəliklərə yoluxdurur.

Hovuzlar yay mövsümü başlayanda təmizlənməlidir. Əvvəlcə hovuzun suyu boşaldılır, sonra təmizlənir və dezinfeksiya edilir. Təmizlik işi bitən kimi hovuzu su ilə doldurub istifadə etmək olar. Hal-hazırki dönəm hovuz təmizliyi üçün ən ideal vaxt hesab edilir.

İlanlara qarşı tədbirlər

İlanlar yay mövsümünün qorxulu kabusudur. Nəinki ilansancma kimi bədbəxt hadisələr, onları görmək belə istirahətinizi məhv edir. İlanlardan necə qurtulmaq olar? Onlar kəskin qoxunu sevmirlər. İstər kəskin qoxulu bitki (yarpız və s.) olsun, istərsə də kimyəvi maddə, ilanlar qaçacaqlar. Ona görə də həyətyanı sahə xüsusi qoxulu kimyəvi dərmanlarla dərmanlansa, ilanlar oradan uzaqlaşar. İlanlara qarşı mübarizə yaz dönəminin sonu və yay mövsümündə ən aktual məsələlərdən biri hesab edilir.

Həmçinin ilanlar mütəxəssislər tərəfindən xüsusi tələlərlə tutulub uzaqlaşdırıla bilər.

Uzun illər dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində ixtisaslaşmış Sanitariya Epidemioloji Xidmətlər MMC xoş istirahətin təminatçısıdır. Əməkdaşlarımız bağlarda zərərverici həşəratlara qarşı dərmanlama işləri aparır, hovuzları təmizləyib dezinfeksiya edir, ilanların ərazidən uzaqlaşdırılması və tələlərlə tutulması tədbirlərini həyata keçirirlər. Biz ölkənin hər yerində, 7/24 fəaliyyət göstəririk. Xidmətlərimizlə daha ətraflı tanış olmaq üçün  Sanitariya.az səhifəsinə keçid edə bilərsiniz.

  • Bağ
  • Bağ
  • Bağ
  • Bağ
  • Bağ
  • Bağ
  • Bağ
  • Bağ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
day.az

1Mənbələr