AZ

Almaniya nəhəngi əfsanəsindən ayrıldığını açıqladı

Dortmund "Borussiya"sı müdafiəçi Mats Hummelslə vidalaşıb. 

Fanat.Az xəbər verir ki, klub təcrübəli futbolçu ilə ayrıldığını mətbuat xidməti vasitəsilə rəsmən açıqlayıb. 

Beləliklə, karyerası ərzində iki dönəm (2008-2016 və 2019-2024) "arılar"la yolları kəsişən Hummelsin Almaniya nəhəngi ilə on iki il yarımlıq işbirliyi başa çatıb. 

Bu müddət ərzində müdafiəçi 508 rəsmi oyun keçirib, bu oyunda 38 qol vurub və 23 məhsuldar ötürmə verib. 

Qeyd edək ki, bir gün əvvəl "Borussiya" Edin Terziçin baş məşqçi postundan istefa verdiyini açıqlamışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
fanat.az

1Mənbələr