AZ

10 illik təhlükəsizlik sazişi 10 ayda Ukraynanın qələbəsini təmin edə bilərmi?..-Hərbi ekspert 

“Sözsüz ki, çatdırılma daha da intensiv olarsa, Ukrayna Silahlı Qüvvələri daha intensiv hücum əməliyyatları keçirə bilər və bu mənada deyilən müddətdə işğalçı ölkə üzərində qələbə çalmaq, təbii ki, mümkün olar. Amma bugünkü reallıq ondan ibarətdir ki...”
 
Xəbər verildiyi kimi, iyunun 13-də  İtaliyada keçirilən Böyük Yeddilik (“G7”) ölkələrinin sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden İta Ukrayna lideri Vladimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb. ABŞ ilə yanaşı, Yaponiya da Ukrayna ilə analoji müqavilə bağlayıb. Bəs görəsən, bu  super güclə və kifayət qədər güclü, müasir texnologiya və iqtisadiyyata malik digər dövlətlə imzalanmış bu kifayət qədər ciddi sazişlər Rusiya ilə savaşı, heç olmasa, 10 aydan sonra qələbə ilə bitirməyə şərait yarada bilərmi?
 
Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi ekspert Elxan Nuriyev mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib.
 
“Əvvəla, ABŞ kimi dövlətlə belə bir təhlükəsizlik sazişi hər bir dövlət üçün yoxdur. Əlbəttə, imzalanan hər bir müqavilənin arxasında reallıqlar olmalıdır. Və Qərbdən, xüsusən də ABŞ-dən Ukraynaya veriləcək silah-sursat və texnikaların çatdırılmasının kəmiyyəti və intensivliyindən asılı olmaqla, təbii ki, Rusiya ilə savaşı 10 ay ərzində də qələbə ilə bitirmək mümkündür. Yəni ola bilsin, həmin silah-sursat və texnikalar il ərzində xırda-xırda və fasilələrlə verilsin, ola da bilər ki, daha da intensiv çatdırılsın. Sözsüz ki, çatdırılma daha da intensiv olarsa, Ukrayna Silahlı Qüvvələri daha intensiv hücum əməliyyatları keçirə bilər və bu mənada deyilən müddətdə işğalçı ölkə üzərində qələbə çalmaq, təbii ki, mümkün olar. Amma bugünkü reallıq ondan ibarətdir ki, Ukraynanın həm 2022-ci ilin fevralından bəri işğal edilmiş ərazilərində, həm də 2014-cü ildən sonra Rusiya qüvvələrinin daha çox möhkəmləndiyi Donbasda qələbə çalması çox çətindir. Deyilən şərtlər daxilində Krımı azad etmək birmənalı olaraq mümkündür. Lakin Donbasda uğurlu döyüş əməliyyatları apararaq bütün əraziləri azad etmək xeyli zaman ala bilər. Və biz belə hesab edirik ki, əgər düşmən həmin ərazidə bir neçə istiqamətdə güclü zərbələr alarsa, strateji məğlubiyyətinin labüdlüyünü dərk edərsə, Donbas danışıqlar yoluyla da azad oluna bilər...”
 
Sultan Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
moderator.az

1Mənbələr