AZ

Samir Abasov Rusiyadan gəlmiş azərbaycanlıdan İMTİNA ETDİ

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov daha bir futbolçunun xidmətindən imtina edib.

«Kimyaçılar»ı Konfrans Liqasına yüksəldən mütəxəssis Abu Dosso və Oktavio Mantekadan sonra Kamran Əliyevin üstündən qara xətt çəkib.

O. 2023-cü ilin fevralından düşərgədə yer alan hücumçu ilə vidalaşmaq istəməsi barədə rəhbərliyi məlumatlandırıb.

«Gənclik şəhəri» təmsilçisi son olaraq“Arsenal”da (Rusiya, Tula) çıxış etmiş Kamran Əliyevlə həmin vaxt 2,5 illik müqavilə imzalayıb.

25 yaşlı forvard “Ximki”nin yetirməsidir. O, karyerası ərzində “SKA Xabarovsk”da da çıxış edib. Həmçinin 21 yaşadək futbolçulardan ibarət millimizin heyətində 2 oyun keçirib.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
sportinfo.az

1Mənbələr