NATO Ukraynaya silah tədarükünün koordinasiyasında daha çox rol oynayacaq.
APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra mətbuat konfransında deyib.
"Biz NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlimlərə necə rəhbərlik edəcəyini müəyyən edən planı razılaşdırdıq və bu, NATO liderlərinə iyulda Vaşinqton sammitində bu səylərə başlamağa imkan verəcək. Bu səylər NATO-nu münaqişənin tərəfi etmir, lakin bu, Ukraynanın özünümüdafiə hüququnu qorumaq üçün ona dəstəyimizi artıracaq", Stoltenberq deyib.
Qeyd edək ki, NATO-nun indi aldığı rol ABŞ-a məxsus idi. Bu tədbir keçmiş prezident Donald Trampın bu payızda yenidən seçiləcəyi təqdirdə problemlərin qarşısını almaq üçün “təhlükəsizlik mexanizmi” hesab edilir.