AZ

Müdafiə Nazirliyində Azərbaycan-Çin əməkdaşlığı məsələləri müzakirə olunub

İyunun 14-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Çin ordusunun Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Yao Ginin rəhbərliyilə nümayəndə heyətini qəbul edib.

Həsənov Çin nümayəndə heyətini Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb.

Yao Qin iki ölkənin orduları arasında təcrübə mübadiləsi məqsədilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın müdafiə nazirini sentyabrda keçiriləcək 11-ci Pekin Syanşan Forumuna dəvət edib.

Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
turan.az

1Mənbələr