AZ

Rusiyadan Ermənistana gələn turistlərin sayı azalıb

Rusiyadan

“Əgər keçən il Ermənistana gələn turistlərin 50 faizi Rusiyadan idisə, indi bu rəqəm 40 faiz təşkil edir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir deyib ki, Rusiyadan gələn turistlərin sayı azalsa da, Hindistan, BƏƏ və bəzi digər ölkələrdən Ermənistana gələn turistlərin sayı artıb: “Turistlərin mütləq sayı azala bilər, lakin eyni zamanda iaşə sektorunda artım 9,3 faiz, mədəniyyət, əyləncə və istirahət sahələrində 1,1 faiz təşkil edib”.

Papoyan qeyd edib ki, bu ilin birinci rübündə Ermənistanda ÜDM-nin artımı 9,2 faiz olub ki, bu da əsasən tikinti, ticarət və sənayenin hesabınadır.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
reyting.az

1Mənbələr