AZ

Ukrayna Putinin sülh təklifinə cavab verib - RƏSMİ

Ukrayna Vladimir Putinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə təqdim etdiyi sülh təklifinə cavab verib.

Ednews xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən rəsmi münasibət bildirilib.

Rusiya prezidentinin həftəsonu İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti ilə bağlı bəyanatını pisləyən nazirlik bəyanatda "Putinin bütün ultimatumları Moskvadan dəfələrlə eşidilib və bu bəyanatlarda yeni heç nə yoxdur. Putin yalnız bir məqsəd güdür: liderlərin və ölkələrin bu sammitdə iştirakının qarşısını almaq", - nazirlik əlavə edib.

Qeyd edək ki, rəsmi Kiyev həmçinin bu təklifi "absurd" adlandırıb.

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
ednews.net

1Mənbələr