AZ

AFFA bu məşqçini ömürlük futboldan uzaqlaşdırdı



Bu gün AFFA-da Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

aia.az xəbər verir ki, I Liqada “İrəvan” klubunda çıxış edən Fəhmin Muradbəylinin danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bundan əlavə, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənova da eyni cəza verilərək ömürlük futboldan uzaqlaşdırılıb.

aia.az



Seçilən
31
19
aia.az

10Mənbələr