AZ

Ermənistan və İran qarşılıqlı olaraq ticarət evləri AÇACAQ

"İran və Ermənistan yaxın vaxtlarda bir-birləri ilə ticarət evləri açacaqlar".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

 

O deyib ki, İrəvanda İran ticarət evinin açılışı İslam Respublikasının prezidenti İbrahim Rəisinin Ermənistana səfəri ilə eyni vaxta təsadüf etməli idi, lakin onun faciəvi ölümü ilə əlaqədar bu, təxirə salınıb: "Lakin tezliklə baş tutacaq".

 

"Ermənistan həmçinin yeni İran-Avrasiya İqtisadi İttıfaqı azad ticarət sazişinin imkanlarını təhlil etməyə hazırlaşır - hansı növ məhsulların İran bazarı üçün maraqlı olacağı və onların təşviqi istiqamətində iş aparılır", - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
modern.az

1Mənbələr