AZ

Siyasət Əsgərov 6-ci hissinə güvənib finalçıların...

"Türkiyə millisinə azarkeşlik edəcəm. Arzum da odur ki, "ay-ulduzlular" çempion olsun. Amma qardaş ölkənin yığmasının son yoxlama oyunlarında uğursuzluqları məni bir qədər narahat edir. Buna rəğmən komandanın toparlanacağına və adına layiq çıxış edəcəyinə inanıram". Bu sözləri Sport24.az-a açıqlamasında Siyasət Əsgərov deyib.
Qadınlardan ibarət yığma komandanın baş məşqçisi bir qədər uzaqgörənlik edib finalda üz-üzə gələcək yığmaların adlarını çəkib: "Türkiyə millisinin çempion olmasını istəyirəm. Amma hadisələrə reall yanaşsaq digər komandalar daha şanslıdı. Əsas favoritlər İngiltərə və Fransad. Altıncı hissim deyir ki, bu iki yığma final oynayacaq".
 
Qeyd edək ki, sayca 27-ci dəfə keçirilən Avropa çempionatına bu gün start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
sport24.az

1Mənbələr