AZ

Litva Seymi məktəbdən dərhal sonra orduya çağırışı təsdiqləyib

Litvada orta məktəb məzunları hərbi xidmətə çağrılacaqlar. 18-22  yaş arasındakı gənclərin hərbi xidmət müddəti 9 ay olacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Seyminin təsdiq etdiyi ümumi hərbi xidmət haqqında qanuna əlavələr paketində vurğulanıb.

Qəbul edilən dəyişikliklərə əsasən, gənclərin məktəbdən dərhal sonra - 17 yaşından hərbi xidmətə yararlılıqlarını müəyyən etmək üçün tibbi müayinədən keçməlidirlər. Layihənin lehinə 85 deputat, əleyhinə 3 deputat səs verib, 14 deputat isə bitərəf qalıb.

Hərbi xidməti başa vurmamış gənclər ali məktəblərə daxil ola bilməyəcəklər.

“Litvanın NATO və Avropa İttifaqına üzvlüyü, geosiyasi vəziyyət və dövlət təhlükəsizliyinə mümkün təhdidlər nəzərə alınmaqla yaradılmış adekvat milli müdafiəni və hərbi xidmətin hüquqi tənzimlənməsini təmin etmək məqsədilə Seym “Hərbi xidmət haqqında” qanunun yeni redaksiyasını və onu müşayiət edən hüquqi aktları təsdiq edib”, - məlumatda deyilir.

Ölkənin Baş naziri İnqrida Şimonite bildirib ki, bu qanunla bağlı ən mühüm cəhətlərdən biri də odur ki, “bizdə hər kəsə şamil olunan bir prinsip var: hansı ailədən olmağın, valideynlərinin kimliyi, sənin kim olmanın fərqi yoxdur. Sizin də eyni məsuliyyətiniz var”.

Qeyd olunur ki, məktəblilərin ilk tibbi müayinəsi 2025-ci ildə aparılacaq və onlar islahat qüvvəyə minən 2026-cı ildə hərbi xidmətə çağırılacaqlar. Litvada alternativ xidmət müddəti 10 aydan 12 aya qədər uzadılıb. Könüllü hərbi xidmət keçmək istəyən ölkə vətəndaşları 39 yaşa qədər hərbi xidmət keçə bilər.

Pərvanə Sultanova






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
525.az

1Mənbələr