AZ

Bayden G7 sammitində yenə “boşluğa” getdi – Video


ABŞ Prezidenti Co Bayden ümumi mərasim zamanı G7 sammitinin iştirakçılarını və Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni yenidən çətin vəziyyətdə qoyub.
Yeniavaz.com
“La Repubblica” qəzetinə istinadla xəbər verir ki, Amerika lideri yenidən yanlış istiqamətə – “boşluğa” gedib.
Hadisə ölkə liderlərinin və Aİ liderlərinin şəkil çəkdirdiyi qolf meydançasında baş verib.
Mərasim zamanı səmada iki qırıcı təyyarənin müşayiəti ilə bir təyyarə peyda olub.
Təyyarədən hər birinin əlində Yeddilər Qrupu üzvlərinin bayraqlarını tutan akrobatik paraşütçülər komandası tullanıb. Kanada bayrağı endikdən sonra Bayden yaxınlıqda olan Ursula fon der Lyayeni çaşdıraraq, liderlər qrupundan uzaqlaşıb. İtaliyanın Baş naziri Giorgia Meloni Baydenə çatıb və onu yenidən liderlər qrupuna qaytarıb.
Hadisəni misal gətirən İtaliya mətbuatı ikinci müddətə namizəd olan 81 yaşlı prezidentin “yorğunluğundan” yazıb.
Qeyd edək ki, bir gün əvvəl Bayden sammitin açılışına yarım saat gecikərək, qonaqları qəbul edən Melonini və birgə şəkil çəkdirməli olduğu digər liderləri gözləməyə məcbur edib.
Bayden həmçinin, İtaliya Prezidenti Serco Mattarellanın adından təntənəli qəbulda iştirak etməyib. Bununla belə, Ağ Ev vurğulayıb ki, bu, bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə görüşən və onunla birgə mətbuat konfransı keçirən Amerika Prezidentinin gərgin proqramına daxil edilməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
yeniavaz.com

1Mənbələr