AZ

Zelenskinin Ofisi Putinin təklifini reallıqdan uzaq adlandırıb

Rusiya Prezidenti Vladimir Putinin sülh təşəbbüsü reallıqdan tamamilə uzaqdır.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “X” hesabında yazıb.

“Rusiyadan yeni sülh təklifləri yoxdur. Vladimir Putin daha əvvəl də eşitdiyimiz fikirləri səsləndirib. Onun açıqlaması beynəlxalq hüququn pozulması ilə yanaşı, həm də Rusiya rəhbərliyinin reallıqları adekvat qiymətləndirmək iqtidarında olmadığını göstərir. Bu təkliflərdə nə yenilik, nə real sülh təklifləri, nə də müharibəni başa çatdırmaq istəyi var”, – o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
apa.az

1Mənbələr