AZ

Zatulin İrəvanın Ukrayna Sülh Sammitində iştirakını tənqid edib

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan baş naziri Nikol Paşinyanı yenidən tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, RİA-ya müsahibəsində danışıb.

 

Zatulin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitinə qatılacağı barədə rəsmi məlumatdan narazı qalıb.

 

"İrəvanın Ukrayna üzrə sammitdə iştirakı Paşinyanın xəttinə uyğundur. Bu, Paşinyanın Ermənistanın Qərbə yönləndirilməsi, Rusiya Federasiyasını tərk etməsi ilə bağlıdır. "Eyni zamanda, indi erməni apostol kilsəsi Ermənistanın baş nazirinin hədəflərindən birinə çevrilib", - Zatulin söyləyib.

 

O iddia edib ki, Paşinyanın hərəkətləri erməni xalqının təməl maraqlarına xəyanətdir: "Bütün sual ondan ibarətdir ki, Ermənistan, eləcə də Rusiya vətəndaşları bundan nə dərəcədə düzgün nəticə çıxaracaqlar. Biz bu nəticələrə gecikmişik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
modern.az

1Mənbələr