AZ

Ruslar plasdarmı genişləndirir, daha bir ərazini ələ keçiriblər - “Bild“

"Rus qoşunları yenidən bir neçə istiqamətdə hücuma keçiblər və Novoaleksandrovka kəndi zəbt edilib".

News365.az xəbər verir ki, bu barədə “Bild” yazıb.

Nəşr qeyd edir ki, aprelin sonunda rus qoşunları Avdeyevkanın şimal-qərbinə doğru irəliləməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərindəki 3 km-lik dərinlikdən keçərək Oçeretino kəndinə doğru irəliləyib. O vaxtdan bəri onlar ətraf kəndləri ələ keçirərək işğalı genişləndirirlər.

“Mayın ortalarına qədər Ukrayna irəliləyişlərini müvəqqəti dayandıra bildi. Lakin indi Rusiya Silahlı Qüvvələri yenidən bir neçə istiqamətdə hücuma keçib”, - Bild yazır. 

Nəşrin eksperti Yulian Röpkenin sözlərinə görə, son 7 gün ərzində Rusiyanın Oçeretino ətrafında güclü hücumları olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bir müddət öncə isə Kiyev səfərbərlik qaydalarını bir qədər də sərtləşdirib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
news365.az

1Mənbələr