AZ

Ukrayna qorunmaq üçün lazım olan hər şeyi alacaq

“Ukrayna Rusiya təcavüzündən qorunmaq üçün lazım olan hər şeyi alacaq”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə İtaliyada keçirilən G7 sammiti çərçivəsində keçirdiyi birgə mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, ABŞ-dan eyni silahlar alan digər ölkələr gözləyəcək. Çünki olanların ehtiyacları ödənilənə qədər Ukraynaya gedəcək:

“Biz indiyədək beş ölkədən Patriot batareyaları və digər hava hücumundan müdafiə sistemləri ilə bağlı öhdəlik götürmüşük. Lakin onlar gözləməli olacaqlar. Əlimizdə olan hər şey ehtiyacları ödənilənə qədər Ukraynaya gedəcək və sonra digər ölkələr qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik. Ukraynanın qələbə qazanmasında əmin olmaq üçün davamlı addımlar atılmalıdır. Ukraynanın özünü müdafiə etmək üçün lazım olan verildikdə nəyə qadir olduğunu bilirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
nocomment.az

1Mənbələr