AZ

Rəsmi İrəvan Belarusa nota verdi

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Belarusa nota verib. SİA “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.

Bildirilir ki, etiraz notası Belarus XİN-in mətbuat katibinin iyunun 13-də Ermənistanla bağlı etdiyi açıqlamaya görə verilib. Ermənistan XİN qarşı tərəfi ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Xatırladaq ki, iyunun 13-də Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb. Bundan əvvəl isə, Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bəyan edib.

Buna cavab olaraq, Belarus da Ermənistandakı səfiri Aleksandr Konyukun yaxın zamanlarda Minskə geri çağırılacağını bildirib.

“Bu gün Ermənistanda necə ağır daxili siyasi vəziyyətin yarandığını biz hamımız görürük. Əlbəttə, müxtəlif insanlar ciddi emosional yüklənmələrə fərqli dözüm nümayiş etdirirlər. Bunu anlaya bilərik”, - deyə Belarus XİN-in rəsmi nümayəndəsi Anatoliy Qlaz qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
30
sia.az

10Mənbələr