AZ

Daşkəsənin ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri yüksək təşkilatçılıqla bayram əhval-ruhiyyəsində qeyd olunub- FOTOLAR

İyunun 14-də Daşkəsən rayonun tam orta məktəblərində ənənəvi “Son zəng” tədbirləri təntənəli surətdə və yüksək təşkilatçılıqla keçirilib.
Rayonun 24 ümumtəhsil məktəbində təhsil alan şagirdlərdən 144 nəfəri məzun adını qazanıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun rəhbərliyi ilə tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən bir qrup ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri “Son zəng” şənliklərində iştirak ediblər.
Tədbirlər Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirələrini yad etməklə başlayıb.
Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Daşkəsən şəhəri A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib. Məzunları, müəllim kollektivlərini, həmçinin valideynləri “Son zəng” günü münasibətilə təbrik edən Vüqar Məmmədov bildirib ki, müstəqil respublikamızda təhsil siyasətinin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən ardıcıl tədbirlərin sayəsində bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti hər ötən ildə ölkəmizə yeni-yeni nailiyyətlər, uğurlar gətirir.
Vüqar Məmmədov vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın gələcəyi olan uşaqlara və gənclərə göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində hətta ən ucqar kəndlərdə yeni-yeni məktəb binaları tikilmiş, modul tipli məktəblər quraşdırılmış, əsaslı təmir işləri görülmüş, lazımi avadanlıqla təchiz olunmuş və təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilərək məvacibləri artırılmışdır. Bu da təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Mollahəsənli kənd tam orta məktəbində Vətən müharibəsi şəhidi Quliyev Elvin Amil oğlunun qardaşı İsmayıl Qənbərovun məzun günündə iştirak edərək şəhid ailəsinin sevincinə qoşulub, xoş arzularını və təbriklərini çatdırıb.
Məzunlar da öz çıxışlarında hər zaman Vətənə layiqli övlad olacaqlarını qeyd ediblər. “Son zəng” tədbirlərində nümayiş etdirilən bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar, gənclərin inamlı çıxışları, mənalı ürək sözləri sürəkli alqışlarla qarşılanıb.
On birincilər üçün sonuncu dəfə zəng çalındıqdan sonra rəmzi “Bilik açarı”nı birinci sinif şagirdlərinə təhvil verən məzunlar məktəblərə əlvida deyiblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
moderator.az

1Mənbələr