AZ

Qorxulu və təhlükəli: Dünyanın ən böyük 9 ilanı

Əsrlər boyu ilanlar insanlarda ən mübahisəli hissləri oyadıb. Çoxumuz üçün bu canlılar dəhşəti xof yaradır. İlanların qaniçənliyi və qarınqululuğu haqqında çoxlu əfsanələrin yaranmasına səbəb olan da elə qorxu hissidir.

KONKRET.az bu sinfin ən böyükləri haqqında oxuyun.

1. Piton

Dünyadakı ən böyük ilan torlu pitondur. Orta uzunluğu 6 metr olan nəhəng piton mifik bir canlıya bənzəyir. Onun mifoloji adı isə “Meduza”dır. Bu Meduza sözün əsl mənasında heç kəsi daşa çevirməsə də, insanı ölümcül qucağında boğmağa qadirdir.

2.Birma pitonu

Birma pitonu ən çox yayılan nəhəng ilanlardan sayılır. İndiyə qədər tutulan ən böyük nümunə 5,9 metr uzunluğunda olub. Bu piton “Meduza” qədər uzun olmasa da, vəhşi təbiətdə onunla qarşılaşmaq hələ də olduqca qorxuludur!

3. Yaşıl Anakonda

Əfsanələrin əksinə olaraq, yaşıl anakondalar zəhərli deyil. Bu nəhənglər qurbanlarını boğmağa, sonra isə onları suyun altına çəkməyə öyrəşiblər. Filmlərdə qaniçən, yırtıcı kimi tanınmasına baxmayaraq, bu ilan insanlara hücum etməyi o qədər də sevmir. Üstəlik, insan qoxusunu hiss edən anakonda olduğu ərazidə gizlənməyə çalışır.

4. Titanoboa

“Titanoboa Cerrejonensis” planetin tarixində ən böyük ilan kimi tanınır. Təxminən 60 milyon il əvvəl yer üzündə nəsli kəsilmiş dinozavrları əvəz edir. Titanoboa 15 metr uzunluğa və bir tona yaxın çəkiyə çata bilər.

5. Buşmaster

Buşmaster latınca “Səssiz ölüm” kimi tərcümə olunur. İndi bu ilanların nə qədər qorxulu ola biləcəyini başa düşürsünüz. Onlar heç kimin ayaq basa bilməyəcəyi Cənubi Amerikanın əlçatmaz kolluqlarında yaşayırlar. Onun zəhəri kifayət qədər güclüdür və eyni anda üç kişini öldürə bilər.

6. Mulqa

Zəhərli mulqalara Avstraliyada rast gəlmək olar. Onlar səhra ərazilərinə və ya tarlalara üstünlük verirlər. İlanın uzunluğu 3 metrə çatır, çəkisi isə 6 kiloqramdır. Hər sancması ilə bu ilan növü 150 mq-a qədər zəhər buraxmağa qadirdir.

7. İndiqo ilan

Şərqi İndiqo İlan Şimali Amerikanın ən böyük ilanıdır. Adətən uzunluğu 2,8 metrə çatır. Əsasən, bu ilanlar gəmiricilər, quşlar, tısbağalarla qidalanır və digər, daha kiçik ilanları belə yeyə bilirlər.

8. Kral Kobra

Bu zəhərli ilanların uzunluğu 5,5 metrə qədər böyüyür. Buna görə də, onlar, şübhəsiz ki, insanlar üçün böyük təhlükə yaradırlar. Belə təhlükəli nəhənglə qarşılaşmağı heç kimə arzulamazdıq. Kobra əvvəlcə hündürlüyünün təxminən üçdə birinə yüksələcək (bu, orta hesabla əksər insanlardan daha uzundur) və sonra hücum üçün irəli atılacaq çevikliyə malikdir.

9. Qara Mamba

Qara mambalar ikinci ən uzun zəhərli ilandır. Əsasən Afrikada yaşayırlar, uzunluğu 4,5 metrə çatır. Bu ilanın zəhəri insanı 20 dəqiqəyə öldürə bilər. Qara mamba saatda 19,3 km sürətlə hərəkət edə bilir. Beləliklə, əgər o sizi təqib etməyə başlasa, siz mütləq ondan gizlənə bilməyəcəksiniz.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
konkret.az

1Mənbələr