Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarına başlaya bilər.

İndex.az xəbər verir ki, Putin Rusiya Xarici İşlər Nazirliyində verdiyi açıqlamada Ukrayna qoşunlarının Luqansk, Donetsk, Xerson və Zaporojya vilayətlərindən tamamilə çıxması və Ukraynanın NATO-ya üzv olmamaq vəd etməsi halında danışıqlar aparıla biləcəyini bildirib.

Putin qeyd edib ki, əgər ilkin şərtlər yerinə yetirilərsə, Rusiya dərhal hücumunu dayandıra bilər və Ukrayna qüvvələrinin təhlükəsiz çıxarılmasına təminat veriləcək.

Rusiya Luqansk, Donetsk, Xerson və Zaporojyeni ilhaq etsə də, hazırda onların heç birini tam işğal etmir.