AZ

Həbsxanada "AUE"ni təbliğ edənazərbaycanlının cəzası ağırlaşdırıldı

Rusiyanın Arxangelsk vilayhətindəki Vel koloniyasında həbsdə olan azərbaycanlının cəzası ekstremist şüarlara görə artırılıb.

Avtosfer.az xəbər verir ki, həmin şəxs əvvəlcə mülkiyyət cinayətlərinə görə həbs edilib.

Müstəntiqlərin sözlərinə görə, bu yaz məhkum iki nəfərin yanında bir neçə ekstremist şüarlar (AUE) səsləndirib ki, bu da qadağan olunmuş təşkilatların təbliğatı maddəsinə aiddir.

Prokurorluq, Federal Təhlükəsizlik Xidməti və Arxangelsk vilayəti üzrə Federal Penitensiar Xidmətinin təqdim etdiyi materiallar əsasında cinayət işi başlanıb.

Arxangelsk vilayətinin Velski rayon məhkəməsinin hökmü ilə o, 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.

Məhkəmənin hökmü qanuni qüvvəyə minməyib.

(lent.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
avtosfer.az

1Mənbələr