AZ

Livana hava hücumu - Ölənlər və yaralananlar var

İsrail ordusu Livanın Sur şəhərinin şərqində Deyr Qanun-en Nehr ilə Cənnətə qəsəbəsi arasındakı 3 mərtəbəli binaya hava hücumu həyata keçirib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum nəticəsində 1 qadının öldüyü, aralarında uşaqların da olduğu 10 mülki vətəndaşın yaralandığı, yaralıların isə xəstəxanaya köçürüldüyü bildirilib. Digər tərəfdən, İsrail ordusu radiosunun hücumla bağlı verdiyi açıqlamada, İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Cannata qəsəbəsindəki bir binanı hədəfə aldığı ifadə edilib. Hücum ilə bağlı ətraflı məlumat verilməyib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
manset.az

1Mənbələr