AZ

Qubadlıda 3 milyonluq tenderin qalibi - BƏLLİ OLDU

Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Qubadlı rayonu, Xanlıq kəndinin şaquli planlama üzrə torpaq işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Bu şirkət Cəbrayılda tikinti işləri müqabilində 14,5 milyon - QAZANACAQ

FED.az xəbər verir ki, tenderin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub.

Qalib şirkətlə 3 189 550 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “19 Saylı Tikinti Təmir İdarəsi” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Hüquqi ünvanı AZ3800, Qusar rayonu, Qusar ş, Karl Marks, ev 67 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
fed.az

2Mənbələr