Bu gün Almaniyada AÇ-2024 start götürəcək.

Offsideplus.az xəbər verir ki, dünyanın məşhur şirkətlərindən olan "Opta Analyst" turnirlər bağlı maraqlı məlumat paylaşıb. Platforma Fransanı çempionatın əsas fovariti hesab edir. "Xoruzlar"ın şansı 18,4 faiz olaraq dəyərləndirilib. İkinci yerdə İngiltərə millisi qərarlaşıb. Britaniyalıların şansı 17,9 faizdir. İlk üçlüyü Almaniya tamamlayır. "Panzer"lərin şansı 14,5 faiz olaraq dəyərləndirilib. 

"Opta Analyst" Gürcüstanı çempion olacağına o qədər də inanmır. Qafqaz təmsilçisinin şansı 0,1 faiz olaraq dəyərləndirilib.