AZ

Putin: Qərbin “oğurluğu” cəzasız qalmayacaq

Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiya aktivləri ilə bağlı qərarına sərt reaksiya verib.

News24.az xəbər verir ki, Putin bu gün verdiyi açıqlamada Qərbin Rusiyanın suveren aktivlərini ələ keçirməsinin “oğurluq” olduğunu və bunun cəzasız qalmayacağını bildirib.

XİN rəsmiləri ilə görüşdə çıxış edən Putin, Qərbin Moskvaya münasibəti göstərdi ki, növbə "hər hansı birinə" gələ bilər deyib.

Bu, Qərbin oxşar aktivlərin dondurulmasının qurbanı ola biləcəyinə işarə edirdi.

Qeyd edək ki, G7 liderləri dünən İtaliyada keçirilən sammitdə Ukrayna müharibəsinin başlamasından sonra dondurulmuş Rusiya aktivlərinin faizləri ilə birlikdə Ukraynaya 50 milyard dollar kredit verilməsi barədə razılığa gəldiklərini açıqlayıblar.

Rusiya lideri çıxışına davam edərək bildirib ki, qlobal təhlükəsizliyin Qərb modeli işləmir.

Vaşinqtonun silah müqavilələrindən geri çəkilməklə qlobal təhlükəsizliyi pozduğunu bildirən Putin, qlobal təhlükəsizliyin “Qərb modeli”nin çökməsi nəticəsində dünyanın “geri dönüşü olmayan nöqtəyə” çatdığını bəyan edib.

Putin, "Avro-Atlantik təhlükəsizlik sisteminin çökdüyünün şahidi oluruq. Qlobal təhlükəsizlik sistemi qurmalı və digər ölkələrlə dialoq qurmalıyıq" dedi.

O əlavə edib ki, gələcəyin qlobal təhlükəsizlik sistemi hər kəs, o cümlədən NATO üçün açıq olacaq.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
news24.az

1Mənbələr