AZ

Növbəti erməni separatizmi: TripAdvisor və AirBnb hərəkətə keçəcəkmi?

Bakı. Trend:

Bir neçə gün öncə bəzi beynəlxalq səyahət platformalarındaerməni separatizminin hələ də davam etməsi ilə bağlı məlumatlarıpaylaşmışdıq. Belə ki, məşhurAirBnbTripadvisor kimitanınmış səyahət platformalarında axtarış apararkən Qarabağdakıyaşayış məntəqələrinin vaxtikən erməniləşdirilmiş adları üzə çıxırvə həmin ərazilərdə yerləşən onlarla müxtəlif iaşə obyektləri vəməkanlarda satışın davam etdiyi görünür.

Məsələ ilə bağlı AirbnbTripadvisor turizm platformalarına müraciət etsək də,bugünədək adıçəkilən tərəflər məsələyə münasibət bildirməkdən boyunqaçırır.

Otuz ilə yaxın müddətdə ermənilər əzəli torpaqlarımız olanQarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayarkənərazilərimizdən öz məqsədləri üçün istifadə etməkdə davam ediblər.Onlar torpaqlarımızdan turizm məqsədiylə də istifadə ediblər.Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinəcəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğaletdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyəçalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanlarıyanlış məlumatlandıraraq, bu əraziləri tarixi erməni torpaqlarıkimi təqdim etmək olub.

Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra dünya həminərazilərin əsl sahibinin Azərbaycan olduğunu gördü. Lakin Airbnbhəm də Tripadvisor kimi beynəlxalq səyahət platformalarındaQarabağda işğal dövründə qanunsuz fəaliyyət göstərmiş turizmobyektlərinin və restoranların bugünədək mövcudluğunu qoruyubsaxlaması, həmçinin turistlər üçün satışının təklif edilməsiyolverilməzdir. Ermənistan öz məkrli siyasətindən əl çəkmir.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Turizm BələdçiləriAssosiasiyasının baş katibi Tural Musayev bildirib ki, bu elanlarınverilməsi dələduzluqdur.

"Belə elanları yerləşdirilməsinin qarşısını almaq üçün IPünvanlarına baxmaq lazımdır ki, onlar hara bağlıdır. Həmin IPadreslərini bloklamaq mümkündür. Amma ermənilər belə elanları dünyasəviyyəli Airbnb, Tripadvisor kimi saytlarda yerləşdirirlərsə,kütləvi şikayət edib sildirmək olar. Ümumiyyətlə, həmin elansaytlarının administrasiyası ilk öncə araşdırma aparır və edilənşikayət düzdürsə, özləri problemi aradan qaldırır", - o deyib.

Ekspert Rəhman Quliyev isə qeyd edib ki, 30 ilə yaxın müddətdəermənilər əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzuru işğalaltında saxlayarkən ərazilərimizdən öz məqsədləri üçün istifadəetməkdə davam ediblər.

"Onlar torpaqlarımızdan turizm məqəsədilə də istifadə ediblər.Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinəcəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğaletdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyəçalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanlarıyanlış məlumatlandıraraq bu əraziləri tarixi erməni torpaqları kimitəqdim etmək olub. Lakin torpaqlarımız işğaldan azad edildikdənsonra dünya həmin ərazilərin əsl sahibinin Azərbaycan olduğunugördü. Lakin Airbnb həm də Tripadvisor kimi beynəlxalq səyahətplatformalarında Qarabağda işğal dövründə qanunsuz fəaliyyətgöstərmiş turizm obyektlərinin və restoranların bugünədəkmövcudluğunu qoruyub saxlaması, həmçinin turistlər üçün satışınıntəklif edilməsi yolverilməzdir. Ermənistan öz məkrli siyasətindənəl çəkmir. 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizdəturizm infrastrukturu da məhv edildi.

Qarabağın böyük turizm potensialı var. Erməni işğalına qədərhəmin ərazilərdə il ərzində 80 minə yaxın, 100 minə yaxın turistqəbul etmək olurdu. Halbuki həmin dövrdə biz heç bir turizmbazarına çıxa bilmirdik. Buna baxmayaraq, yenə də o infrastrukturbizim orada yaşayan əhalimizə xidmət edirdi. Qarabağda ermənilərintək Azərbaycan turizminə vurduğu ziyan 100 milyard dollarlarlaölçülür.

Ermənilər torpaqlarımızı işğal etdikdən sonra Qarabağa turistgətirməkləri və zamanında müxtəlif platformalarda yerləşdirilmişelanlar bu gün Airbnb, Tripadvisor kimi platformalarda qalır.Torpaqlarımız işğaldan azad edilsə də, bu elanların ermənilərtərəfindən yerləşdirilməsi onların həmişəki xislətindən xəbərverir. Onlar artıq yalana öyrəniblər. Yəni bu gün ermənilərinbeynəlxalq turizm platformalarına Xankəndi və ətraf ərazilərdənturizm məqsədli yaşayış məntəqələri (mənzillər) tapmaq mümkündürkimi elanlar yerləşdirməsinin heç bir əhəmiyyəti yoxdur. Bunabaxmayaraq təkid edərək belə elanların platformalardançıxarılmasına nail olmalıyıq", - deyə ekspert qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
2
az.trend.az

3Mənbələr