AZ

Sumqayıtda investisiya dəyəri 20 milyon manat olan müəssisənin tikintisi tamamlanmaq üzrədir - Agentlik

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olanSumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nintikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləritamamlanmaq üzrədir.

Agentlikdən Trend-ə verilən məlumata görə, yaxın aylardamüəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15milyon manat sərmayə qoyulub.
Zavodda tikinti kimyəvilərin istehsalı ilə yanaşı, ölkə ərazisindəilk dəfə olaraq müasir, müxtəlif təyinatlı su izolyasiyamaterialların və zəmin döşəmə məhsulların istehsalı da nəzərdətutulur.

“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt KimyaSənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilinsonunda fəaliyyətə başlaması planlaşdırılır.

Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialınıngenişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
3
az.trend.az

4Mənbələr