AZ

Putin Ukrayna ilə danışıqların şərtlərini AÇIQLADI

Rusiya günü sabah Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində deyib.

Putin danışıqların şərtlərindən də danışıb:

"Ukrayna qoşunları Rusiyanın yeni regionlarının bütün ərazisindən çıxarılmalı, Kiyev NATO-ya daxil olmaq planlarının olmadığını bəyan etməlidir".

Onun sözlərinə görə, Rusiya bu gün daha bir real sülh təklifi ilə çıxış edir, lakin Qərb və Kiyev bundan imtina edərsə, qan tökülməsinə görə məsuliyyət onlarındır.

"Yeni ərazilər əbədi olaraq Rusiya Federasiyasının ərazisidir. Onların Ukraynaya qaytarılması və ya danışıqlarda müzakirə predmeti olmasından söhbət belə gedə bilməz", - Putin deyib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
musavat.com

1Mənbələr