AZ

Avtomobil idxalında azalma: Bu maşın qiymətlərinə necə təsir edəcək? -RƏY

2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 648 milyon 457 min dollar dəyərində 35 570 ədəd avtomobil idxal olunub.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 11.7% və ya 4 694 ədəd azalıb, dəyəri isə 6% və ya 36.5 milyon dollar artıb 2023-cü ilin müvafiq dövründə Azərbaycana 611 milyon 967 min dollar dəyərində 40 264 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 54% və ya 438 ədəd avtomobil artaraq 1250 ədəd təşkil edib.


Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, hazırda ölkəmizdə avtomobil sektorunda ciddi islahatlar gedir: 

“Birincisi, hazırda avtomobil parkımız köhnə avtomobillərlə dolu olduğu üçün ölkəyə istehsal ili 10 ildən çox olan avtobillərə qadağa qoyulub. Eyni zamanda dünya elektromobilə keçid dövrü yaşayır. Yəni nəqliyyat vasitəsi alarkən elektromobillərə daha çox üstünlük verilir. Bütün  bunların fonunda 2024-cü il bugünə olan tarixə qədər keçən il ilə müqayisədə az nəqiliyyat vasitəsi alınıb. Buna da təsir edən amillərdən birincisi istehsal ilinə görədir. Çünki, istehsal ili köhnə olan nəqlliyyat vasitələri nisbətən ucuz olduğu üçün vətəndaşlar üçün əl çatan idi. Onlar bu avtombilləri alıb ölkəyə gətirə bilirdilər. İndi qiymətlər qalxdığı üçün avtomobil gətirə bilmirlər. Bu isə saya ciddi təsir göstərir. Məsəl üçün vətəndaşın 10-15 min manat vəsaiti var, bu vəsaitə avtomobil alıb əldə edə bilirdi. Lakin indi istehsal ili 10 ildən az olan nəqiliyyat vasitələri nisbətən daha bahadır və az əl çatandır. Nəqliyyat vasitələrinin sayının azalmasına ciddi təsir göstərən faktor budur. Ümumiyyətlə buda doğru addımdır. Biz demirik ki, niyə belə qərar verilir. Təbii ki, bizim avtomobil parkımız çox köhnədir. Bunu yeniləmək məcburiyyətindəyik. Çox vacib addımdır və  bu addımı atmağa məcburuq". 

Ekspert əlavə edib ki, ikinci, əsas təsir hazırda taksi fəaliyyəti ilə bağlı müəyyən tələblərin formalaşdır:
"Burada da istehsal ilinə görə müəyyən tələblər var. Tələblərə cavab verməyən nəqliyyat vasitələri bu sahədə fəaliyyət göstərə bilməyəcəklər. Ona görə də, həmin avtombillərin istər-istəməz satışa çıxarılması zəruriyyəti yaranır. Satışa çıxarıldığı zaman isə bazarda avtomobil çoxluğu yaranır. Həmçinin buda xaricdən avtomobil gətirməyi optilmallaşdırmır. Bazara lazım olan 10 ədəd avtomobil əvvəl xaricdən gəlirdi, lakin hazırda taksi fəaliyyəti ilə bağlı qoyulan tələblərə görə bir çox nəqliyyat vasitəsi satışa çıxarılır. Yəni taksi fəaliyyəti işlə məşğul olanların avtomobilləri qoyulan tələblərə cavab vermədiyi üçün məcburdular  ki, nəqiliyyat vasitələrini satsınlar və yerinə nisbətən tələblərə cavab verən nəqliyyat vasitəsi alsınlar. Bu səbəbdən satışa çıxarılan nəqiliyyat vasitələri çoxalıb. Ona görə də, xaricdən gətirib burada satmağa nisbətən az tələbat yaranıb”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
sherg.az

1Mənbələr